Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, NATO-nun Baş katibi Mark Ruttenin Rusiyanın itkiləri ilə bağlı açıqlamaları rəqəmlərlə manipulyasiya etmək deməkdir.
Elchi.az xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat verib.
Şoyqu, Ruttenin bir bəyanatına münasibət bildirib. Həmin bəyanatda Rutte xüsusi hərbi əməliyyat zamanı Rusiyanın verdiyi itkilərə dair təxminləri — Şoyqunun sözlərinə görə, alyans tərəfindən havadan götürülmüş rəqəmləri — ABŞ-ın Vyetnam müharibəsi dövründə 14 il ərzində verdiyi itkilərlə müqayisə edib. Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, rəqəmlərlə manipulyasiya etmək Qərb nümayəndələrinin çoxdan bəri sevdiyi bir vasitədir.
Şoyqu vurğulayıb ki, Şimali Atlantika Alyansının rəhbəri nədənsə, xəcalətli bir şəkildə, amerikalıların təhrik etdiyi münaqişənin təxminən 3,4 milyon vyetnamlının ölümü ilə nəticələndiyini, onlardan 2 milyondan çoxunun isə mülki şəxs olduğunu dilə gətirmədi.
Daha əvvəl Şoyqu bildirmişdi ki, xüsusi hərbi əməliyyatın (XHƏ) məqsədlərinə nail olunacaq.
Yeganə