Dünya

Vens və Qətərin Baş naziri ABŞ-İran danışıqlarının bərpasını müzakirə ediblər

Vens və Qətərin Baş naziri ABŞ-İran danışıqlarının bərpasını müzakirə ediblər

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani ilə danışıqlar aparıb və onunla Birləşmiş Ştatlar ilə İran arasında dialoqun bərpası üzrə səyləri müzakirə edib.

Elchi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Axios” portalının və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid “X” sosial şəbəkəsində məlumat verib.

Qətərin Baş naziri ilə ABŞ-nin vitse-prezidenti arasında görüş Ağ Evdə keçirilib.

Daha əvvəl Qətərin Baş naziri ilə ABŞ Dövlət katibi Marko Rubio da görüş keçirib. Dövlət Departamentinin mətbuat xidməti bildirib ki, tərəflər iqtisadiyyat və təhlükəsizlik sahələrində ikitərəfli məsələlər üzrə ABŞ və Qətər arasında strateji dialoqun səkkizinci raunduna başlayıblar.

ABŞ Prezidenti Donald Tramp noyabrın 22-də “Fox News” telekanalının jurnalistlərinə bildirib ki, Vaşinqton və Tehran münaqişənin dayandırılması barədə dolayısı məsləhətləşmələri davam etdirirlər. Amerika lideri həmçinin qeyd edib ki, İslam Respublikası ilə razılaşmalar əldə olunmayacağı təqdirdə, Yeni ildən sonra İrana zərbələrin bərpa edilməsinə meyllidir.

                                                                                 Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir