Cəmiyyət

BDU-nun 9 fakültəsində dekan vəzifəsinə müsabiqə elan edilib

BDU-nun 9 fakültəsində dekan vəzifəsinə müsabiqə elan edilib

Bakı Dövlət Universitetində (BDU) 9 fakültə üzrə dekan vəzifələrinin tutulması üçün müsabiqə elan olunub.

Bu barədə Elchi.az-a Bakı Dövlət Universitetindən məlumat verilib.

Məlumata görə, dekan vəzifəsi üzrə müsabiqə fakültələr üzrə Tarix, Biologiya, Mexanika-riyaziyyat, Geologiya, Filologiya, Fizika, Sosial elmlər və psixologiya, İnformasiya və sənəd menecmenti, Jurnalistika fakültələri üzrə elan edilib.

Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən şəxslərin sənədləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul ediləcək. Sənədlərin qəbulu bu gündən başlayaraq bir ay müddətində Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi 33 ünvanında aparılacaq.

Qeyd edək ki, müsabiqə sözügedən fakültələrdə hazırda fəaliyyət göstərən dekanların səlahiyyət müddətinin başa çatması ilə əlaqədar elan edilib.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir