Hadisə

Kürdə və Qudyalçayda batan şəxslərin axtarışları davam edir – VİDEO

Kürdə və Qudyalçayda batan şəxslərin axtarışları davam edir – VİDEO

Noyabrın 22-də Kür çayının Qazax rayonunun Birinci Şıxlı kəndindən keçən hissəsində batdığı ehtimal olunan 1963-cü il təvəllüdlü Məmmədov Yaqub Telman oğlunun və Qudyalçayın Quba rayonundan keçən hissəsində batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Muradov Xəyal Hidayət oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.

Elchi.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında bildirilib.

Hazırda vətədaşların axtarışları batdıqları ehtimal olunan istiqamətlərdə davam etdirilir.

Əlavə məlumat veriləcək.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir