Bildirilir ki, ABŞ Dövlət Katibi Marko Rubio Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Sani ilə görüşəcək. Əl Sani ABŞ və İran arasındakı danışıqlarda vasitəçi qismində çıxış edir.
Elchi.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin açıqlamasına əsasən, Rubionun və Əl Saninin bu gün Vaşinqtonda görüşməsi nəzərdə tutulub.
Görüşdə Qətərin İran və ABŞ arasındakı vasitəçilik səylərinin, eləcə də iki ölkə arasındakı strateji münasibətlərin müzakirə olunacağı gözlənilir.
Qətər, İran və ABŞ arasında gərginliyin azaldılmasına və tərəflər arasında diplomatik həll yoluna nail olunmasına yönəlmiş danışıqlarda vasitəçi rolunu oynayır.
İki həftə əvvəl Əl Sani ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vens ilə görüşərək ABŞ-İran danışıqlarını müzakirə etmişdi.
Həmin görüşdən sonra Tramp sosial şəbəkədəki paylaşımında Əl Sani ilə müzakirə apardığını və bu zaman İranla bağlı bir sıra məsələlərin nəzərdən keçirildiyini bildirmişdi.
Şayəstə