“Milli Rally” partiyasının lideri, Fransa prezidentliyinə namizəd Marin Le Penin sözlərinə görə, Ukraynanın gələcəyinə Avropa İttifaqına (Aİ) qoşulmaq daxil deyil.
Elchi.az xəbər verir ki, bu barədə “Clash Report” məlumat yayıb.
“Mən Ukraynanın Avropa İttifaqına daxil olmasına, əlbəttə ki, inanmıram”,-deyə Le Pen bazar ertəsi Ukrayna səfiri Vadim Omelçenko ilə görüşdüyünü və ölkəni və Ukrayna xalqını dəstəklədiyini bildirib.
“Lakin mən hesab edirəm ki, Ukraynanın gələcəyi heç bir şəkildə Aİ-yə daxil olmağı əhatə etmir”, – deyə siyasətçi yekunlaşdırıb.
Bundan əvvəl Le Pen Ukraynadakı münaqişənin üç mümkün nəticəsini müəyyən edib və onların qarşısının alınmasını təklif edib. O, ya NATO-nun müharibəyə başlayacağı və bunun üçüncü dünya müharibəsinə çevriləcəyi, ya da münaqişənin illərlə uzanacağı, ya da bütün dövlətlərin bunun nəticələrini anlayacağı fikrini ifadə edib.
Yeganə