Rusiya NATO sərhədlərində onlarla yeni dron buraxılış mərkəzləri yaradır
Rusiya NATO ölkələrinə çata bilən müasir, uzun mənzilli dronlar üçün yeni buraxılış meydançaları olan gizli bazalar şəbəkəsi qurur.
Musavat.com “The Telegraph”-ın araşdırmasına istinadən xəbər verir ki, artıq bu bazaların bəziləri Ukraynaya qarşı zərbələr üçün istifadə olunur.
Sənədlərə və peyk görüntülərinə əsaslanaraq, jurnalistlər yeni buraxılış meydançalarının qurulduğu ən azı 10 Rusiya bazası aşkar ediblər. Rusiyanın Belarus və Ukrayna ilə sərhədi boyunca ümumilikdə ən azı 59 yeni buraxılış relsi müəyyən edilib. Nəşrin məlumatına görə, bəzi dron idarəetmə mərkəzləri hərbi bazalarda və mülki hava limanlarında yaradılıb. Qalan buraxılış meydançaları kənd yerlərində qurulub.
DroneSec tərəfindən aparılan peyk görüntülərinin təhlili göstərib ki, yeni relslərin təxminən 20-si daha uzundur. Bu, onların ən son Rusiya dronlarının uzun mənzilli zərbələr üçün istifadə etmək qabiliyyətini göstərə bilər.
“The Telegraph” qeyd edir ki, yeni bazalar şəbəkəsi NATO ölkələri üçün uzunmüddətli təhlükə yaradır. Onlardan bəziləri müasir Rusiya dronlarının Varşavaya çata biləcəyi şəkildə yerləşdirilib.
Eyni zamanda nəşr Rusiyanın Polşaya hücum planlaşdırdığına dair heç bir əlamət olmadığını qeyd edir.
Mediada yer alan məlumatlara görə, ABŞ və Avropa kəşfiyyat rəsmiləri hesab edirlər ki, Moskva Polşada təxribatları, xüsusən də vacib infrastruktura hücumları və ya yalançı əməliyyatları nəzərdən keçirə bilər və bu hücumlarda Ukraynanı günahlandırmağa çalışacaqlar. Qeyd edilir ki, peyk görüntüləri müasir Rusiya dronlarının sayında əhəmiyyətli bir artım göstərir. Bir bazada eyni vaxtda 1000-dən çox dron saxlamaq üçün kifayət qədər yer var.
Bir sıra əsas obyektlərdə əlavə buraxılış qurğuları da tikilir.
Məlum olduğu kimi, ən son Rusiya dronları olan Geran-4 və Geran-5 hava hücumundan müdafiə sistemlərindən yayınmaq üçün kifayət qədər sürət əldə yığa və 90 kq-a qədər faydalı yük daşıya bilir.