Madrid və Barselona İstanbula köçür – Superkubokda möhtəşəm qarşılaşmalar

2027-ci ildə İspaniya futbolunun ən güclü klubları Türkiyədə üz-üzə gələcək.

Musavat.com xəbər verir ki, 2027-ci il İspaniya Superkubokunun oyunları fevralın 2-dən 7-dək İstanbulda keçiriləcək.

Turnirdə “Barselona”, “Real Madrid”, “Atletiko Madrid” və “Real Sosyedad” mübarizə aparacaq. Qarşılaşmalar Türkiyənin ən böyük futbol arenalarından biri olan Atatürk Olimpiya Stadionunda baş tutacaq.

İspaniya Superkuboku dörd komandanın iştirakı ilə yarımfinal və final formatında təşkil olunur. Bu isə İstanbulda “Real Madrid” və “Barselona” arasında dünyanın ən çox izlənilən futbol qarşılaşmalarından biri olan “El-Klasiko”nun keçirilməsi ehtimalını da yaradır.

Atatürk Olimpiya Stadionu böyük beynəlxalq futbol qarşılaşmalarına ev sahibliyi etməsi ilə məşhurdur. Stadion 2005-ci ildə “Liverpul” – “Milan”, 2023-cü ildə isə “Mançester Siti” – “İnter” arasında keçirilən UEFA Çempionlar Liqasının finallarına ev sahibliyi edib.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir