Almaniya kəşfiyyatına Rusiyaya qarşı qabaqlayıcı kiberhücum səlahiyyəti verilə bilər
Musavat.com xəbər verir ki, “Welt” nəşrinin yaydığı məlumata görə, Almaniya xüsusi xidmət orqanlarına Rusiyaya qarşı qabaqlayıcı kiberhücumlar həyata keçirmək səlahiyyətinin verilməsi təklif olunur.
Bundestaqın Parlament Nəzarəti Komitəsinin sədri Mark Henrixmann məsələ ilə bağlı bildirib:
“Biz xüsusi xidmət orqanlarımıza elə imkanlar yaratmalıyıq ki, onlar Rusiyadakı hücum dronunu və ya həmin dronun istehsal olunduğu zavodu Almaniya aeroportuna, yaxud vətəndaşlarımızın həyat və sağlamlığına təhlükə yaratmazdan əvvəl iflic edib sıradan çıxara bilsinlər.”
Lakin bu təkliflər artıq tənqidlərlə qarşılaşıb. Xüsusilə hüquq müdafiəçiləri ehtiyat edirlər ki, kəşfiyyat xidmətlərinin səlahiyyətlərinin bu cür artırılması Almaniyanın öz vətəndaşlarının məxfiliyinə və şəxsi həyatın toxunulmazlığına mənfi təsir göstərə bilər.