“Ukrayna münaqişəsinin həlli ilə bağlı təmaslar davam edir” – Peskov
“Rusiya Ukraynadakı münaqişənin həlli ilə bağlı ABŞ-la işçi kanallar vasitəsilə dialoqu davam etdirir”.
Elchi.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Biz amerikalılarla mövcud işçi kanallar vasitəsilə dialoqumuzu davam etdiririk”,– deyə Peskov jurnalistlərə açıqlamasında bildirib.
İyulun 23-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Manilada ABŞ Dövlət katibi Marko Rubio ilə görüşüb. Rusiya naziri ölkəsinin Ukrayna münaqişəsinin siyasi və diplomatik yollarla həllinə hazır olduğunu bir daha təsdiqləyib. Lavrov, həmçinin Kiyev rejiminin silahla təchiz edilməsinin davam etdirilməsinin yolverilməz olduğunu vurğulayıb.
Yeganə