Kallas Rusiyaya qarşı yeni sanksiyalar elan etdi
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləyir.
Elchi.az xəbər verir ki, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bu barədə 21-ci sanksiya paketinin təsdiqlənməsindən sonra “X” sosial şəbəkəsində məlumat verib.
Paylaşımda qeyd olunub: “Bu, sanksiyalarla bağlı yolun sonu deyil. Biz artıq növbəti addımlar üzərində işləyirik”.
Avropa Şurasının Prezidenti Antonio Kosta daha əvvəl bildirmişdi ki, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 21-ci sanksiya paketi enerji sektoru, maliyyə xidmətləri, kriptovalyuta və ticarət sahələrini hədəf alır.
İyulun 23-də Aİ-nin səfirləri Rusiyaya qarşı 21-ci sanksiya paketinin məhdudlaşdırılmış variantı ilə bağlı razılığa gəldilər. Yeni məhdudiyyətlər siyahısına Rusiya istehsalı olan mayeləşdirilmiş təbii qazın dəniz yolu ilə daşınmasına qadağa daxil edilmədi.
Yeganə