Göyçayda 2 tondan artıq çətənə kolu məhv edildi
Göyçayda polis əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ümumi çəkisi 2 ton 300 kiloqram olan 5400 ədəd çətənə kolu məhv edilib.