5,7 ballıq ZƏLZƏLƏ oldu
İndoneziyanın Ruteng şəhəri yaxınlığında 5,7 bal gücündə zəlzələ qeydə alınıb. İlkin məlumata görə, zəlzələ nəticəsində ölən və yaralanan olmayıb.
Musavat.com xəbər verir ki, İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentrinin Ruteng şəhərindən 32 kilometr şimal-şərqdə yerləşdiyi bildirilib.
ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.
Yeraltı təkanların maqnitudası 5,7 bal olaraq ölçülüb.
Zəlzələdən sonra bölgədə hər hansı can və ya mal itkisi barədə məlumat verilməyib.