Yaponiya təlimlərdə ilk dəfə “Tomahawk” raketlərini sınaqdan keçirib
Yaponiya Özünümüdafiə Qüvvələri ilk dəfə “Tomahawk” raketlərindən istifadə etməklə atışlar həyata keçirib. Ölkənin Müdafiə Nazirliyinin bildirdiyinə görə, atışlar “Çokai” esminetsinin heyəti tərəfindən icra olunub.
Elchi.azxəbər verir ki, təlimlər ABŞ Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə Sakit okeanda keçirilib. “Çokai” gəmisinin sentyabr ayında daimi yerləşmə məntəqəsi olan Sasebo limanına (Naqasaki prefeakturası) qayıtması gözlənilir.
“Tomahawk” raketlərinin silahlanmaya qəbul edilməsi, uzaq mənzilli quru raketlərinin yerləşdirilməsi ilə yanaşı, Yaponiya hərbçilərinin zərbə potensialı əldə etməsi istiqamətində atılan addımlardan biridir. “Tomahawk” raketləri ilə Özünümüdafiə Qüvvələrinin “Aegis” izləmə və tuşlama sistemləri ilə təchiz olunmuş səkkiz esminetsinin təmin edilməsi planlaşdırılır. Bu məqsədlə “Kirişima” və “Haquro” esminetsləri modernləşdirilir, cari maliyyə ilinin sonuna qədər (2027-ci ilin aprelinədək) isə bu işlər “Ataqo” və “Myoko” gəmilərində də başlayacaq.
Məryəm