Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var
Xorvatiyanın qərbində, Medulin şəhəri yaxınlığında kiçik təyyarənin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub.
Elchi.az xəbər verir ki, bu barədə İstriya vilayətinin Polis İdarəsi məlumat yayıb.
“Bu gün səhər saatlarında polisə Medulin şəhəri yaxınlığında təyyarənin qəzaya uğraması barədə məlumat daxil olub. Hadisə yerində bütün fövqəladə hallar xidmətləri fəaliyyət göstərir, öz səlahiyyətləri çərçivəsində zəruri tədbirlər və hərəkətlər həyata keçirirlər. Hazırda mövcud olan məlumata görə, dörd nəfər həlak olub”, — deyə polisdən bildirilib.
Medulin İstriya yarımadasının cənub hissəsində, Adriatik dənizinin sahilində yerləşir. Şəhər turistlər arasında olduqca populyardır.
Məryəm