Dünya

Vyanada tələbələrin hərbiləşmə əleyhinə aksiyası polislə toqquşmaya çevrilib

Cümə günü Vyana Universitetinin əsas binası qarşısında bir neçə yüz tələbə silahlanmanın artırılmasına və Avropanın hərbiləşdirilməsinə qarşı nümayişə toplaşıb. Dinc aksiya polislə toqquşmaya çevrilib.

Elchi.az xəbər verir ki, bu barədə TASS-ın müxbiri məlumat verib.

Avstriya paytaxtının mərkəzindəki Şottentor meydanı yaxınlığında keçirilən aksiyada onlarla tələbə və gənclər təşkilatı iştirak edib. Onlar Avropa elitasının hərbiləşmə kursuna, təhsilə, əlçatan mənzil təminatına və iqlimin mühafizəsinə ayrılan investisiyaların azaldılmasına etiraz ediblər. “Məktəbdə, universitetdə və zavodda tətil — siyasətçilərə cavabımız budur”, – deyə kütlə şüarlar səsləndirib.

İştirakçılar tədbirin keçirilmə yeri kimi bəyan edilməyən və polis tərəfindən bağlanan universitetin əsas girişinə doğru irəlilədikdə aksiya nəzarətdən çıxmağa başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmalar baş verib, nümayiş iştirakçıları saxlanılıb. Bəzi etirazçılar binaya doğru naməlum maye ilə dolu qablar atıblar. Polis izdihamı dağıtmaq üçün bibər qazından və əl su çiləyicilərindən istifadə edib.

                                                                              Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir