Vens: İran Fars körfəzi ölkələrindən xarici investisiyalara ümid edə bilər
Tehran Vaşinqtonla əldə olunmuş sazişdən yalnız öz öhdəliklərini yerinə yetirəcəyi təqdirdə faydalana bilər, lakin burada söhbət birbaşa ABŞ maliyyələşməsindən getmir.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində bəyan edib.
“Əgər İran öhdəliklərinin özünə aid hissəsini yerinə yetirərsə, onun üçün müəyyən üstünlüklər nəzərdə tutulacaq. Söhbət Amerika Birləşmiş Ştatlarından gələcək pullardan getmir, lakin bəlkə də Qətər, BƏƏ və ya Səudiyyə Ərəbistanı İrana investisiya qoymaq, məsələn, orada elektrik stansiyası tikmək istəyəcək”, — deyə Vens bildirib.
Onun sözlərinə görə, əgər Tehran sazişin şərtlərinə əməl edərsə, ABŞ administrasiyası bu cür investisiyalara mane olmayacaq. Əks halda, vitse-prezident vurğulayıb ki, İran “bu razılaşmadan heç bir fayda görməyəcək”.
Məryəm