ÜST-ün Hantavirusla bağlı bəyanatı: Vəziyyət sabit qalır
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus üç həftədir ki, yeni yoluxma hallarının qeydə alınmadığı hantavirusla bağlı son vəziyyətlə bağlı məlumat verib. Qebreyesus virusla bağlı vəziyyətin sabit qaldığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Qebreyesus ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında Hollandiya bayrağı altında üzən “MV Hondius” sərnişin gəmisində aşkarlanan hantavirus halları ilə bağlı məlumat paylaşıb.
ÜST-ə bildirilən halların sayının 13-də qaldığını bildirən Qebreyesus deyib: “Təxminən 3 həftədir ki, yeni yoluxma halları qeydə alınmayıb. Ölənlərin sayı 3-də, bir aydan çoxdur ki, yeni ölüm halları qeydə alınmayıb”.
Qebreyesus qeyd edib ki, hantavirusla bağlı ümumi vəziyyət sabit qalır.
Hantavirus
Hantavirusun əsasən gəmiricilərdən ötürüldüyü məlumdur.
Qurudulmuş gəmirici nəcisi, sidik və tüpürcəklə çirklənmiş havanı nəfəs aldıqda və bəzən gəmirici dişləmələri və ya cızıqları vasitəsilə virus qızdırma, yorğunluq və əzələ ağrısı kimi simptomlara səbəb olur.
Tənəffüs çatışmazlığına da səbəb ola bilən xəstəlik bəzən daxili qanaxma və böyrək çatışmazlığı kimi özünü göstərə bilər.
Şayəstə