Ukrayna hakimiyyəti 100 mindən 300 minə qədər kişini səfərbərlikdən azad etməyi planlaşdırır.
Elchi.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko məlumat verib.
“İqtisadiyyat Nazirliyindən daxili məlumat var. 100 mindən 300 minə qədər kişinin möhlət hüququnun ləğv edilməsi yolları ilə bağlı mütəmadi müşavirələr keçirilir”, — deyə o, “Telegram” kanalında yazıb.
Daha əvvəl Baş nazir Sergey Koretski bildirmişdi ki, Ukrayna hökuməti səfərbərlik prosesinə dəyişikliklər etməyi planlaşdırır. Həmin dəyişikliklərə əsasən, müəssisələr əvvəlcədən Ukrayna Silahlı Qüvvələrinə (USQ) göndərilmək üçün tələb olunan kvotanı təmin edəcəkləri təqdirdə, əməkdaşlarının 100%-nə möhlət hüququ almaq imkanı qazanacaqlar.
Ukraynada ümumi səfərbərlik 2022-ci ilin fevral ayından elan edilib və dəfələrlə uzadılıb. İlkin olaraq 27-60 yaş arası kişilər çağırışa cəlb olunurdu, lakin 2024-cü ilin aprelində çağırış yaşı 25-ə endirilib. Ukraynada səfərbərliklə bağlı problemlərdən həm yerli, həm də xarici ekspertlər danışırlar. Küçə reydləri və hərbi komissarlıq əməkdaşlarının kişiləri küçələrdə saxlayaraq avtomobillərə mindirməsi ilə bağlı videolar mütəmadi olaraq sosial şəbəkələrdə yayılır. Lakin hətta bu cür tədbirlər də USQ-nin şəxsi heyət çatışmazlığını aradan qaldırmağa kömək etmir. Bölmə komandirləri məcburi səfərbərlik nəticəsində qoşunlara cəlb olunan döyüşçülərin motivasiyasının aşağı olmasından şikayətlənirlər. Fərarilik hallarının sayı isə daim artır.
Məryəm