Türkiyənin freqatı ABŞ-nin hərbi bazasına çatıb

Reklam sahəsi

Türkiyənin “TCG Oruçreis” freqatı ABŞ-nin qurulmasının 250-ci ildönümü tədbirləri çərçivəsində icra ediləcək “FLEETEX-250/2026” təlimində iştirak etmək üçün 14-21 iyun tarixləri arasında Norfolk Dəniz Bazasına liman səfəri həyata keçirir.

Elchi.az  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “X” sosial şəbəkə hesabında məlumat paylaşıb.

“TCG Oruçreis freqatı, 14 iyun 2026-cı il tarixində Hərbi Filo Komandanı kontr-admiral Mehmet Baybars Küçükatay, Norfolk Türk Baş Zabiti general-mayor Hayrettin Koca və Vaşinqton Dəniz Attaşesi Haluk Orhon tərəfindən qarşılanıb”, – məlumatda bildirilib.

 

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir