Türkiyə husilərin Səudiyyə Ərəbistanına raket hücumunu pisləyib

Reklam sahəsi

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanının cənub bölgəsinə husilər tərəfindən həyata keçirilən raket hücumunu qətiyyətlə pisləyib.

Elchi.az xəbər verir ki, Türkiyə XİN bu barədə bəyanat yayıb.

“Səudiyyə Ərəbistanının suverenliyi və ərazi bütövlüyünü pozan, regional təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan hücum fonunda Ankara Ər-Riyadla tam həmrəy olduğunu bir daha təsdiqləyir”,- bəyanatda vurğulanıb.

Türkiyə tərəfi eyni zamanda bölgədə gərginliyi daha da artıra biləcək addımlardan çəkinməyə çağırışını təkrarlayıb.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir