Tramp Si Cinpindən Ukrayna üçün kömək istəyib

Reklam sahəsi

ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpindən Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün kömək istəyib.
Elchi.az xəbər verir ki, bu barədə “South China Morning Post” mənbələrə istinadla məlumat yayıb.
Nəşrin yayımladıqdan bir neçə dəqiqə sonra sildiyi məlumatda deyilib ki, Tramp mayda Pekində görüş zamanı Cinpinə Ukrayna ilə Rusiya arasında danışıqların dalana dirəndiyini bildirib. Amerika lideri çinli həmkarından Rusiya Prezidenti Vladimir Putini Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar masasına qaytarmağa çağırmasını istəyib.
Mənbələrə görə, Trampın mesajı ABŞ-nin Çini müharibəni dayandırmaq səylərinə cəlb etməsinə açıq ehtiyac olduğunu göstərir. ABŞ Prezidenti 2025-ci ildə Ağ Evə qayıtdıqdan sonra Ukraynadakı müharibənin həllini özünün əsas xarici siyasət hədəfi edib.
Nəşr xatırladıb ki, Ukrayna ilə Rusiya arasında danışıqlar 2025-ci ilin iyul ayında İstanbulda keçirilən birbaşa danışıqlar atəşkəs razılaşması əldə edilmədən başa çatdıqdan sonra dalana dirənib. Tramp bundan sonra Zelenskiyə təzyiq göstərməyə və onu Putinlə razılığa gəlməyə çağırmağa başlayıb.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir