Tramp seçkiləri Çinlə müzakirə edəcəyini vəd etdi

Reklam sahəsi

ABŞ Prezidenti Donald Tramp 2020-ci il ABŞ seçkilərinə müdaxilə ilə bağlı məlumatları Çinlə müzakirə edəcəyini vəd edib.

Elchi.az xəbər verir ki, onun bu açıqlamasını “RİA Novosti” yayıb.

ABŞ prezidenti seçkilərə müdaxilə iddiaları ilə əlaqədar Pekini gözləyə biləcək nəticələr barədə suala cavab olaraq: “Biz onlarla danışacağıq”, – deyə bildirib.

Daha əvvəl xalqa müraciətində Tramp bildirmişdi ki, Çin 220 milyon amerikalı seçicinin şəxsi məlumatlarına qeyri-qanuni şəkildə daxil olmaqla tarixdə ən böyük məlumat oğurluğunu həyata keçirib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian ABŞ prezidentinin sözlərini uydurma və böhtan adlandırıb.

                                                                                                                                                                                                                                                                              Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir