Tramp Kanadadan gələn müəyyən mallara 50%-lik gömrük rüsumları tətbiq etdi
ABŞ Prezidenti Donald Tramp “Kanadanın Amerika məhsullarına qarşı ayrı-seçkilik xarakterli yanaşması”na cavab olaraq, Kanadadan idxal olunan müəyyən mallara 50% həcmində əlavə gömrük rüsumları tətbiq edib.
Elchi.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bununla Tramp ABŞ-ın əsas ixrac məhsulları — avtomobillər, spirtli içkilər və süd məhsulları — üçün bərabər rəqabət şəraiti yaradır.
Rüsumlar enerji məhsullarına, kalium gübrələrinə və ya balıq və strateji əhəmiyyətli minerallar kimi digər müəyyən mallara şamil edilməyəcək. Məhdudiyyətlər 30 gündən sonra qüvvəyə minəcək.
Yeganə