Tramp İranda quru əməliyyatı keçirmək istəmir

Reklam sahəsi

ABŞ Prezidenti Donald Tramp İrana qarşı quru hərbi əməliyyatı keçirmək istəmədiyini, lakin Amerika qüvvələrinin bunu reallaşdırmaq imkanının olduğunu bəyan edib.

Elchi.az xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının rəhbəri “Fox News” telekanalının efirində İranı nəzərdə tutaraq bildirib.

“Biz ora sabah da daxil ola bilərik. Mən quru əməliyyatı keçirmək istəmirəm. Lakin istəsəydim, biz kiçik bir əsgər qrupu yeridib hər şeyi ələ keçirə bilərdik”, — deyə ABŞ prezidenti hesab edir.

Məryəm 

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir