Tramp: “ABŞ İrana qarşı dəniz limanlarının blokadasını bərpa edə bilər”
Amerika Birləşmiş Ştatları İranın dəniz limanlarının blokadasını bərpa edə bilər.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.
“Biz blokada tətbiq edə bilərik, blokadanı geri qaytara bilərik. Və bu, yalnız İrana qarşı yönəlmiş bir blokada olacaq”, — deyə o, Ankarada keçirilən NATO sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşündə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Məryəm