Taylandda məktəbdə atışma: 6 ölü, 15 yaralı
Taylandın Nonthaburi əyalətindəki bir məktəbdə baş verən atışmada altı nəfər ölüb, 15 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, atışma Banqkok şəhərinin şimal-qərbindəki Banq Kruai şəhərindəki Debsirin Nonthaburi məktəbində baş verib. Polis hücumda altı nəfərin öldüyünü, 15 nəfərin yaralandığını açıqlayıb. 14 yaşlı hücumçunun məktəbdə oxuduğu və ölü tapıldığı bildirilir. Təhlükəsizlik qüvvələri hücumçunun çantasından çoxlu sayda sursat müsadirə edib. Hadisə ilə bağlı araşdırma başlanıb.
Şayəstə