“Tam və qeyd-şərtsiz atəşkəsə ehtiyac var” – Quterreş
BMT-nin Baş katibi Antonio Quterreş Ukrayna Silahlı Qüvvələrinin Rusiya regionlarına endirdiyi pilotsuz uçuş aparatı (PUA) zərbələrini pisləyib.
Elchi.az xəbər verir ki, bu barədə Baş katibin sözçüsünün müavini Fərhan Haq brifinqdə bildirib.
O qeyd edib ki, BMT-nin Baş katibi Rusiya-Ukrayna münaqişəsinin gərginləşməsindən, o cümlədən münaqişənin Rusiya ərazisinə yayılmasından dərin narahatlıq keçirir.
“Bu baxımdan Quterreş, həmçinin Ukraynanın Rusiya Federasiyasının bir sıra regionlarına endirdiyi və məlumatlara görə mülki şəxslər arasında itkilərə, eləcə də mülki infrastruktura ziyan dəyməsinə səbəb olan son PUA hücumlarını da pisləyir”, – deyə Haq bildirib.
BMT-nin Baş katibi həmçinin Qara və Azov dənizlərində gəmiçilik üçün artan risklərlə bağlı narahatlığını ifadə edib. O, tam, dərhal və qeyd-şərtsiz atəşkəsə gətirib çıxaracaq təcili gərginliyin azaldılmasına çağırıb.
Daha əvvəl Gelencikdəki çimərliyə Ukrayna pilotsuz uçuş aparatı ilə endirilən zərbəni şərh edən Haq bildirib ki, BMT mülki şəxslərin tələfatı ilə nəticələnən hücumların əleyhinədir.
Yeganə