“Təhdidlər davam edəcəyi təqdirdə…” – Araqçi
“Vaşinqtonun təhdidləri davam edərsə, ABŞ ilə yekun razılaşma üzrə danışıqlar başlamayacaq”.
Elchi.az xəbər verir ki bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
“Milyonlarla qürurlu iranlı Böyük Ayətullah Xamenei və onun irsini yad etmək üçün toplaşıb. Nə onlar, nə də cəsur silahlı qüvvələrimiz təhdidlərə boyun əymirlər. Anlaşma Memorandumunun 13-cü bəndində açıq şəkildə deyilir: təhdidlər davam edərsə, yekun razılaşma üzrə danışıqlar başlamayacaq. İmzanıza hörmət edin”, – deyə nazir X-də yazıb.
Xatırladaq ki, 18 iyun tarixinə keçən gecə İran və ABŞ fevralın 28-də başlamış hərbi münaqişəyə son qoyulmasını nəzərdə tutan memorandumu məsafədən imzaladılar. Memorandum həmçinin ABŞ-ın dəniz blokadasını aradan qaldırması və İranın Hörmüz boğazında gəmiçiliyi bərpa etməsi üçün vaxt qrafikini müəyyən edir. Pakistan və Qətər əsas vasitəçi qismində çıxış edirlər.
Yeganə