Suriya ilk dəfə G7 sammitində iştirak edəcək
Suriya gələn ay Fransada keçiriləcək “Böyük Yeddilik” (G7) sammitində qonaq qismində iştirak edəcək və ölkəni Prezident Əhməd əş-Şaraa təmsil edəcək. Bu barədə vəziyyətlə tanış olan üç mənbə məlumat verib. Bu, forumun 1975-ci ildə təsis edilməsindən bəri Suriyanın qrupun sammitində ilk iştirakı olacaq.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Mənbələrdən birinin bildirdiyinə görə, Əş-Şaraanın iyunun 15–17-də Fransanın cənub-şərqindəki Evian-le-Ben şəhərində keçiriləcək sammitdə iştirak etmək dəvəti, bu həftənin əvvəlində Parisdə qrupun maliyyə danışıqlarında iştirak edən Suriyanın maliyyə naziri Yisr Barniyə şəxsən təqdim olunub.
Məryəm