Stoltenberq NATO-nun ABŞ-sız mövcudluğundan danışıb

Reklam sahəsi

“Şimali Atlantika Alyansı ABŞ-ın iştirakı olmadan mövcud ola bilməz və Avropa İttifaqı alyansın funksiyalarını öz üzərinə götürməyə hazır deyil”.

Elchi.az xəbər verir ki, bu barədə Norveçin maliyyə naziri və NATO-nun keçmiş baş katibi Yens Stoltenberq İsveçin “SVT” telekanalında bildirib.

Onun sözlərinə görə, NATO Avropa və ABŞ-ın ümumi təhlükələrə qarşı birgə fəaliyyətindən asılıdır. Stoltenberq vurğuladı ki, aralarındakı ixtilafın qarşısının alınması çox vacibdir.

“Aİ-yə böyük hörmətim var, lakin onun NATO-nu ortaq təhlükəsizlik və müdafiə zəmanəti məsələlərində əvəz edə biləcəyinə inanmıram”,-deyə Siyasətçi bildirib.

“SVT” televiziyası alyans daxilində böhranın səbəblərindən biri kimi Vaşinqtonun Qrenlandiyaya nəzarəti ələ keçirmək istəyini bəyan edir.

“ABŞ öz qoşunlarını Avropanın əvəzediciləri tapa biləcəyindən daha tez çıxara bilər”,-deyə o qeyd edib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ-ın Almaniyadakı Amerika hərbçilərinin sayını 5 mindən çox ixtisar edəcəyini açıqlamışdı.

                                                                                                                                                                    Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir