Şəhid övladları üçün 5-ci “YAŞAT” düşərgəsi başlayıb

Reklam sahəsi

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group”un və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə 5-ci “YAŞAT” düşərgəsinə start verilib.

Bu barədə Elchi.az – a “YAŞAT” Fondundan məlumat verilib.

Bildirilib ki, ümumilikdə 400-ə qədər şəhid övladını və 7 həftəni əhatə edəcək layihə çərçivəsində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, öz sahəsinin peşəkarları ilə, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları keçiriləcək.

Hər bir düşərgə 5 gecə 6 günü əhatə edəcəkdir.

Düşərgələrdə şəhidləri 10-11, 12-13 yaş kateqoriyasında olan övladlarının iştirakı nəzərdə tutulub.

Açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov və digər qonaqlar iştirak ediblər. Onlar uşaqlara düşərgə müddətində həyata keçiriləcək təşəbbüslər barədə məlumat verib və uğurlar arzulayıblar.

 

 

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir