Rütte: “S-400 məsələsi ABŞ və Türkiyə arasında ikitərəfli mövzudur”

Reklam sahəsi

NATO-nun baş katibi Mark Rütte Türkiyədə Rusiyanın “S-400” zenit-raket komplekslərinin olması məsələsini daha çox Ankara və Vaşinqton arasında ikitərəfli məsələ adlandırıb.

Elchi.az xəbər verir ki, bu barədə Rütte Ankaradakı NATO sammitindən sonra keçirilən yekun mətbuat konfransında yunan jurnalistin müvafiq sualını cavablandırarkən bildirib.

“Bu, ilk növbədə Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli bir məsələdir. Anladığım qədərilə, bu mövzu ABŞ və Türkiyə tərəflərinin dünənki ikitərəfli danışıqlarında da müzakirə olunub. Hər iki ölkə bunun üzərində işləyir. Ona görə də mən bu mövzu ilə bağlı şərh verməkdən çəkinəcəyəm”, — deyib.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir