Rusiyanın Kiyevə zərbəsi nəticəsində ölənlərin sayı üçə çatıb

Reklam sahəsi

Rusiyanın gündüz saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə Kiyevə zərbəsi nəticəsində ölənlərin sayı üçə çatıb.

Elchi.az  xəbər verir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko teleqram kanalında bildirib.

Onun sözlərinə görə, yaralananların sayı artaraq ona çatıb. Səkkiz yaralı xəstəxanaya yerləşdirilib.

Daha əvvəl iki nəfərin öldüyü və dörd nəfərin xəsarət aldığı barədə məlumat verilmişdi.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir