Rubio: ABŞ Ukraynadakı nizamlanmada konstruktiv rol oynamağa hazırdır
ABŞ prezidenti Donald Trampın administrasiyası Ukrayna münaqişəsinin nizamlanmasında hər hansı bir konstruktiv rol oynamağa hazırdır.
Elchi.az xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın dövlət katibi Marko Rubio bəyan edib.
“Prezident hazırdır və ABŞ Ukraynadakı müharibəni dayandırmaq üçün bizim üçün mümkün olan hər hansı bir konstruktiv rolu oynamağa hazır olmaqda davam edir”, — deyə o, Bəhreyndə Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasından olan həmkarları ilə görüşünün yekunlarına dair bildirib. “Əgər tərəflərin yaxınlaşmasında və müharibənin dayandırılmasında bir rol oynaya bilərəksə, biz irəli addım atmağa və konstruktiv rol oynamağa hazırıq”, — deyə Amerika xarici siyasət idarəsinin rəhbəri əlavə edib.
Məryəm