73 mindən çox müəllimin əməkhaqqına əlavələr edilib

Reklam sahəsi

Azərbaycanda 2025-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsi üzrə ümumilikdə 65 565 elektron müraciət qəbul edilib.

Elchi.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin illik hesabatında deyilir.

Bildirilib ki, 3416 namizəd müsabiqədə uğur qazanaraq işlə təmin olunub. Bu il MİQ nəticəsində əsas fənlər üzrə vakant yerlərin tutulma göstəricisi 90 faizdən çox olub. 10 minə yaxın müəllim tədris ili ərzində işə qəbul edilib.

Vurğulanıb ki, indiyədək keçirilmiş sertifikatlaşdırma prosesinə 84 minə yaxın təhsilverən cəlb olunub. Sertifikatlaşdırmanın nəticəsinə əsasən ümumilikdə 73 mindən çox təhsilverənin əməkhaqqına əlavələr edilib.

Qeyd olunub ki, müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində 2022 nəfər uğur qazanaraq iş yerini dəyişdirib. Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesində isə 150 nəfər iş yerini qarşılıqlı dəyişdirib.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir