Qlobal kriptobirjalarda böyük tənəzzül: Dəyərlər sürətlə düşür
Qlobal kripto birjaları son 24 saat ərzində 242.000-dən çox treyderin mövqelərini ləğv edib.
Xeberleraz.com Kainat.tv-ə istinadən xəbər verir ki bu mövqelər üzrə ümumi məbləğ 1,48 milyard dollardır.
Platformanın məlumatları göstərir ki, ləğvlərin əksəriyyəti Bitcoin-də (476,36 milyon dollar) baş verib. Bu ləğvlərin təxminən 1,28 milyard dolları uzun mövqelər, 195,88 milyon dolları isə qısa mövqelər üçün olub. Son 24 saat ərzində ən böyük likvidasiya sifarişi Binance kripto birjasında 11,09 milyon dollar dəyərində BTC-USDT cütlüyü üçün təqdim edilib.
Coinmarketcap-a görə, ümumi kriptovalyuta bazarının kapitallaşması 2,58 trilyon dollar olub. Bunun 1,54 trilyon dolları Bitcoin, 270,58 milyard dollar isə Ethereum (ETH) tərəfindən hesablanıb. Binance platformasındakı haker hücumundan sonra bazar kapitallaşması baxımından iki ən böyük kriptovalyutanın – Bitcoin və Ethereumun dəyəri kəskin şəkildə azalır. Birjanın məlumatına görə, Bitcoin 5,49 faiz azalaraq 76.760.000 dollara, Ethereum 6,46 faiz azalaraq 2.205.000 dollara satılıb.
Kriptovalyuta likvidasiyası, ticarəti dəstəkləmək üçün kifayət qədər vəsait olmadığı üçün birja tərəfindən leverage (treyderə birjadan və ya brokerdən borc götürülmüş vəsaitlərdən istifadə edərək mövqeyi idarə etməyə imkan verən mexanizm) istifadə edərək ticarət mövqeyinin məcburi bağlanmasıdır. Bu, açıq mövqedəki itkilər ilkin ticarət məbləğini aşdıqda baş verir və bu da treyderi borcdan, birjanı isə risklərdən qoruyur.