Bayramovla Fidan arasında KRİTİK və TƏKBƏTƏK görüş: nazirlər nələr danışdı?
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Hakan Fidanla təkbətək görüşü olub. Görüş çərçivəsində ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Tərəflər Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivlərini, TDT çərçivəsində əməkdaşlığı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Qeyd edək ki, Ceyhun Bayramov oktyabrın 29-30-da Ankarada keçirilən 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü çərçivəsində Türkiyədə səfərdədir. Türk Dövlətləri Təşkilatının (TDT) oktyabrın 30-da Ankarada keçiriləcək sammiti türk dünyasında siyasi həmrəyliyin, iqtisadi inteqrasiyanın və regional əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirmək baxımından diqqət mərkəzindədir.
Yada salaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sammit ərəfəsində türk dünyasının birliyini pozmağa çalışan qüvvələrə qarşı “vahid cəbhə” kimi çıxış edəcəyinə əminliyini ifadə edib.
Türkiyənin sədrliyi Azərbaycandan təhvil alması təşkilatın fəaliyyətində növbəti mərhələnin başlanğıcıdır. Azərbaycanın sədrliyi dövründə TDT çərçivəsində regional əlaqələrin genişləndirilməsi, nəqliyyat və iqtisadi əməkdaşlığın inkişafı gündəmdə olub. İndi Ankaranın qarşısında bu istiqamətləri davam etdirmək, yeni təşəbbüsləri konkret nəticələrə çevirmək və üzvlər arasında siyasi dialoqu gücləndirmək vəzifəsi dayanır. //Musavat.com