Qırmızı dənizdə yeni diplomatik çat: ABŞ niyə Səudiyyə Ərəbistanının yanında hücuma keçmək istəmir?
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Vaşinqtona müraciət edərək Yəməndəki husilərə qarşı hərbi kampaniyaya rəhbərlik etməyi xahiş etsə də, ABŞ bu təklifi rədd edib.
bu barədə İsrailin “Kan News” portalı məlumat yayıb.
Amerikalı rəsmilər bildiriblər ki, Vaşinqton Səudiyyə Ərəbistanının ehtimal olunan hərbi əməliyyatlarına dəstək verməyə hazırdır, lakin bu missiyaya şəxsən başçılıq etmək niyyətində deyil. Mənbələrin verdiyi məlumata görə, Birləşmiş Ştatların bu cür çəpkeş mövqe tutmasının başlıca səbəblərindən biri hazırda husilərin Qırmızı dənizdə Amerika gəmilərini deyil, məhz Səudiyyə Ərəbistanı ilə əlaqəli ticari və dəniz nəqliyyat vasitələrini hədəf almasıdır.