Qırğızıstanda 5 bal gücündə zəlzələ baş verib

Reklam sahəsi

Qırğızıstanın İssık-Kul bölgəsindəki Öttük kəndindən 5 kilometr aralıda 5 bal gücündə zəlzələ baş verdiyi bildirilib.
Elchi.az xəbər verir ki, Qırğızıstan gecə saatlarında silkələnib. Qırğızıstan Seysmologiya İnstitutunun açıqlamasına görə, yerli vaxtla saat 02:41-də İssık-Kul bölgəsindəki Öttük kəndindən 5 kilometr aralıda 5 bal gücündə zəlzələ baş verib.
Zəlzələnin intensivliyi Öttük və Kazan-Kuygan kəndlərində 5; Cerge-Tal, Kızıl-Cıldız, Eçki-Başı və Emgekçil kəndlərində 4; Kuybışeva, Şoro, Vosmoe Marta, Ak-Talaa, Dostuk, Can-Bulak, Min-Bulak, Calgız-Terek, Orto-Saz, Ak-Kıya, Orto-Nura, Keneş və Narın şəhərində 3 bal olaraq ölçülüb. Zəlzələ nəticəsində ölənlər, xəsarət alanlar və ya dağıntılar barədə hələlik rəsmi açıqlama verilməyib.

Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir