Qərb ölkələri İranı yəhudilərə qarşı sui-qəsddə ittiham edib

Reklam sahəsi

ABŞ, Kanada, Avstraliya və NATO-nun aparıcı Avropa ölkələri İranı xaricdəki yəhudi icmalarının nümayəndələrinə və iranlı dissidentlərə qarşı guya “sui-qəsd cəhdləri” etməkdə ittiham edib və bu fəaliyyətlərdən “müdafiə olunmağa” hazır olduqlarını bəyan ediblər.

Elchi.az xəbər verir ki, bu barədə ABŞ və 21 Qərb ölkəsinin hökumətləri tərəfindən eyni vaxtda yayılan birgə bəyanatda deyilir.

Bəyanatda iddia olunur ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və digər İran xüsusi xidmət orqanları guya “Avropa, Şimali Amerika və Avstraliyada iranlı dissidentlərə, jurnalistlərə, yəhudi və İsrail icmalarının üzvlərinə, həmçinin onların maraqlarına qarşı sui-qəsdlər və digər bədniyyətli əməllər planlaşdırır”.

Sənədi imzalayan ölkələr İrandan guya baş verən bu fəaliyyətləri “dərhal dayandırmağı” tələb edib və “öz cəmiyyətlərini bu təhdidlərdən qorumaq üçün həmrəy olduqlarını” elan ediblər.

Məryəm 

 

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir