Dünya

Peskov: Rusiya və Ukrayna arasında yaxın vaxtlarda əsir mübadiləsi baş tuta bilər

Rusiya və Ukrayna arasında yeni əsir mübadiləsi hazırda razılaşdırılmanın yekun mərhələsindədir və Moskva onun ən yaxın vaxtlarda baş tutacağına ümid edir.

Elchi.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Mübadilə hazırda razılaşdırılmanın ən son mərhələsindədir. Ümid edirik ki, bu, ən yaxın zamanda reallaşacaq. Hər halda, Əbu-Dabidə bu cür razılıq əldə olunub”, – deyə Peskov müvafiq suala cavabında qeyd edib.

                                                                      Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir