Dünya

APEC-in növbəti sammitlərinin keçiriləcəyi ölkələr açıqlanıb

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) növbəti tədbirləri 2027-ci ildə Vyetnamda, 2028-ci ildə Meksikada və 2030-cu ildə Sinqapurda keçiriləcək.

Elchi.az xəbər verir ki, bu barədə APEC iqtisadiyyatları liderlərinin bəyannaməsində deyilir.

Forum regionun 21 iqtisadiyyatını birləşdirir. Təşkilata sədrlik hər il nazirlər görüşlərinə, işçi qrupların iclaslarına və liderlər sammitinə ev sahibliyi edən üzv ölkələrdən birinə keçir.

Bəyannamədə həmçinin iştirakçıların açıq ticarəti dəstəkləmək və regionda iqtisadi artıma töhfə vermək üzrə ümumi öhdəlikləri təsdiqlənib.

                                                                              Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir