Pakistanda sərnişin avtobusu dərəyə çırpıldı: 40 ölü
Pakistanda sərnişin avtobusu böyük bir dərəyə çırpıldı, 40 nəfər öldü, 8 nəfər yaralandı.
Elchi.az xəbər verir ki, Bəlucistan əyalətinin Kvetta şəhərindən Xayber Paxtunxva əyalətinin Peşəvər şəhərinə gedən sərnişin avtobusu dərin bir dərəyə çırpıldı. Hakimiyyət orqanları hadisə nəticəsində 40 nəfərin öldüyünü, 8 nəfərin yaralandığını açıqladı. Hadisədən sonra başlayan axtarış-xilasetmə işlərində altı təcili yardım maşını və 12 təcili tibbi yardım texniki (EMT) iştirak etdi.
Qeyd edilib ki, sərnişin avtobusu Kvettadan 36 sərnişinlə yola düşüb, lakin yolda xarab olan başqa bir avtobusdan sərnişinləri götürüb.
Şayəstə