Pakistanda güclü yağışlar nəticəsində iki ev uçdu: 4 ölü

Reklam sahəsi

Pakistanın Bəlucistan əyalətində güclü yağışlar nəticəsində iki evin damının uçması nəticəsində dörd nəfər həlak olub.
Elchi.az xəbər verir ki, “Dawn” qəzetinin yerli rəsmilərə istinadən verdiyi məlumata görə, Bəlucistan əyalətinin Zhob və Xuzdar rayonlarında güclü yağışlar iki evin damının uçmasına səbəb olub.
İki ayrı hadisədə 3-ü uşaq olmaqla 4 nəfər həyatını itirib, ən azı 4 nəfər yaralanıb.
Axtarış-xilasetmə qrupları dağıntılar altından ölənlərin cəsədlərini çıxarıb, yaralılar isə xəstəxanaya aparılıb.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir