Pakistan strateji neft ehtiyatı yaratmağı planlaşdırır
Neft və qaz idxalının 90%-i gərginliyin yüksək olduğu Hürmüz boğazından asılı olan Pakistan, tarixində ilk dəfə milli strateji neft ehtiyatı yaratmaq qərarına gəlib.
Elchi.az xəbər verir ki, bu barədə “Nikkei Asia” nəşri Pakistanın hökumət rəsmisinə istinadən məlumat yayıb.
Bu məqsədlə İslamabad rəhbərliyi Səudiyyə Ərəbistanı, BƏƏ, Çin, Kuveyt və Qətərlə Qvadar limanı daxil olmaqla müvafiq ərazilərdə gömrük nəzarətində olan xüsusi terminalların tikintisini müzakirə edir. Sutkalıq neft tələbatı hasilatını dəfələrlə üstələyən ölkə, daxili bazarda yanacağın hər litrindən tutulacaq rüsumlar hesabına ilkin olaraq 45, daha sonra isə 90 günlük kritik yanacaq ehtiyatı toplamağı hədəfləyir.
Məryəm