Ölkədə həyat dayandı – Qırmızı həyəcan siqnalı verildi, şəhərlər boşaldılır

Reklam sahəsi

Çində Yunus qasırğasının yaratdığı təhlükə səbəbindən Şanxay da daxil olmaqla ölkənin şərq bölgələrində 1 milyondan çox insan evlərindən təxliyə edilib. Güclü fırtına Çjetszyan əyalətində sahilə çıxaraq nəqliyyatın fəaliyyətini ciddi şəkildə pozub. Şanxayda 1 400 uçuş ləğv edilib.

Xeberleraz.com xəbər verir ki, meteoroloqların məlumatına görə, Yunus qasırğası Çjetszyan əyalətinin Yuhuan şəhərinə ilk dəfə çatanda küləyin sürəti saatda 150 kilometrə qədər yüksəlib. Təxminən bir saat sonra fırtına Vençjou şəhəri yaxınlığında ikinci dəfə sahilə çıxıb.

Fırtınanın səviyyəsi bazar ertəsi səhər saatlarında qasırğadan tropik fırtınaya endirilsə də, Çinin bir sıra bölgələrində güclü yağış, daşqın və torpaq sürüşməsi təhlükəsi davam edir.

Vençjou şəhərində təxminən 900 min sakin təhlükəsiz ərazilərə yerləşdirilib və 1 000-dən çox təcili sığınacaq yaradılıb. Tayçjou şəhərində isə təxminən 390 min insan evlərindən təxliyə olunub.

Çjetszyan əyalətinin bəzi bölgələrində yaxın günlərdə 250–500 millimetrədək yağıntı düşə biləcəyi proqnozlaşdırılır.

Təhlükəsizlik tədbirləri çərçivəsində Şanxaydakı Disneyland və Legoland, eləcə də şəhərin məşhur Bund sahilindəki müşahidə məntəqələri bağlanıb.

Şanxayın bəzi ərazilərində küçələri su basıb. Çin dövlət mediasının yaydığı görüntülərdə insanların su ilə örtülmüş küçələrdə hərəkət etdiyi görülüb.

Yunus tayfunu Çinə çatmazdan əvvəl Filippin, Tayvanın şimal hissələri və Yaponiyanın Okinava adasında güclü yağışlara səbəb olub.

Filippin rəsmilərinin məlumatına görə, tayfun və musson yağışlarının yaratdığı hava şəraiti nəticəsində ölkədə 8 nəfər həyatını itirib, 7 mindən çox insan isə təxliyə mərkəzlərinə yerləşdirilib. //Musavat.com

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir