NATO Ukraynaya 70 milyard avroluq hərbi yardım paketini müzakirə edir

Reklam sahəsi

NATO-ya üzv ölkələr Ukraynaya hərbi məqsədlər üçün 70 milyard avro dəyərində maliyyə yardımının ayrılması təşəbbüsünü nəzərdən keçirir.

Elchi.az xəbər verir ki, bu barədə “Politico” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, yardım paketi iyulun 7-8-də Ankarada keçiriləcək NATO liderlərinin sammiti zamanı rəsmən elan edilə bilər:

“Ümumi məbləğin yalnız 40 milyard avrosu yeni maliyyə öhdəlikləridir. Qalan 30 milyard avro isə Avropa İttifaqının (Aİ) Ukrayna üçün nəzərdə tutduğu 90 milyard avroluq yardım paketinin bir hissəsidir”.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir