Dünya

Meksikada təyyarə avtomobil yoluna düşüb, 6 nəfər yaralanıb

Meksikanın Apodaka şəhərində yüngülmühərrikli təyyarənin avtomobil yolunun hərəkət hissəsinə düşməsi nəticəsində iki heyət üzvü və dörd sərnişin xəsarət alıb.

Elchi.az xəbər verir ki, bu barədə “El Tiempo” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, hadisə noyabrın 18-də baş verib. Del-Norte beynəlxalq hava limanından havaya qalxan təyyarə kursdan çıxaraq Loredo şosesinə çırpılıb.

Qəza şosenin hər iki istiqamətində nəqliyyatın hərəkətində fasilələrə səbəb olub. Hadisə yerində yerli fövqəladə hallar xidmətləri işləyir. Meksikanın Federal Mülki Aviasiya Agentliyi qəza ilə bağlı araşdırmaya başlayıb.

                                                                          Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir