Dünya

Mask ABŞ-dakı hər bir uşağa 2 ədəd “SpaceX” səhmi verəcəyini vəd edir

Mask ABŞ-dakı hər bir uşağa 2 ədəd “SpaceX” səhmi verəcəyini vəd edir

“Tesla” və “SpaceX” şirkətlərinin baş direktoru İlon Mask ABŞ-dakı hər bir uşağa 2 ədəd “SpaceX” səhmi — birini şirkət adından, digərini isə şəxsən öz adından — verəcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, “X” (əvvəlki adı ilə “Twitter”) sosial media platformasında paylaşım edən Mask bildirib: “Amerikadakı hər bir uşağa iki ədəd ‘SpaceX’ səhmi veriləcək — biri şirkətdən, biri isə şəxsən məndən”.
Mask məsələ ilə bağlı əlavə təfərrüat açıqlamayıb.
ABŞ mediasının məlumatına görə, ölkədə təxminən 72 milyon uşaq var; bu da o deməkdir ki, Maskın vədinin dəyəri 18,4 milyard dollar təşkil edir.

Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir